Həmməruzəçilərin Azərbaycanla bağlı hesabatı təqdim ediləcək

  • 11:47 - 22 Avqust

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak iyulun 4-6-da Azərbaycana səfərləri ilə bağlı Monitorinq komitəsinin iclasında hesabat təqdim edəcək.

Avropa.info-nun APA -ya istinadən məlumatına görə, sentyabrın 10-da Parisdə Monitorinq komitəsinin növbəti iclası keçiriləcək. İclasda komitənin Azərbaycan üzrə həmmərizəçiləri Stefan Şennak (Avstriya) və Rocer Qeylin (Böyük Britaniya) Azərbaycana son səfərlərinə dair qeydləri dinləniləcək.

Bununla bağlı hesabat həmməruzəçi Stefan Şennak tərəfindən təqdim olunacaq.


Oxunma sayı: 3554

Oxşar yazılar