İdlibdən Türkiyə sərhədinə kütləvi köç – Qaçqın sayı 1,5 milyon nəfərə çata bilər (Foto)

  • 22 Avq - 2019

2018-ci ilin 17 sentyabrında İdliblə bağlı anlaşmanın imzalandığı gündən bu yana Əsəd rejimi və Rusiyanın hücumları nəticəsində İdlib atəşkəs zonasını tərk edən mülki şəxslərin sayı 945 min 992 nəfər olub.

Avropa.info xəbər verir ki, bu barədə regiondakı miqrasiya prosesini izləyən Suriya Müdaxilə Koordinatorluğu məlumat verib.

Daşıya biləcəkləri yükü götürən sakinlər münaqişə bölgəsindən qaçırlar. Son 4 gündə Türkiyənin Suriya sərhədinə 60 min nəfər gəlib. Yerli mənbələr İdlibin Eriha, Serakib və Maaretinuman rayonlarında yaşayan əhalinin 10%-nin artıq köçdüyünü bildirirlər. Suriya ordusunun bu ərazilərə hücum etməsi halında sərhədə yığılan qaçqınların sayı 1,5 milyon nəfərə çata bilər.

Hücumların intensivləşdiyi 2 fevraldan bu yana 11 çadır şəhərciyi, 30 mülki müdafiə mərkəzi, 66 tibb müəssisəsi, 106 məktəb, 18 bazar, 71 məscid, 2 supaylama mərkəzi və 16 çörəkbişirmə sexi vurulub.

Bu müddət ərzində 5 nəfər humanitar yardım personalı, 10 mülki müdafiə işçisi, 11 tibbi yardım maşını və 4 tibb işçisi ölüb.


Oxunma sayı: 2135

Oxşar yazılar