İsrail Qəzzadakı obyektləri bombaladı

  • 22 Avq - 2019

İsrailə məxsus döyüş təyyarələri Qəzzanın şimalında “Həmas”a məxsus hərbi obyektlərə hava zərbəsi endirib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İsrail ordusunun mətbuat katibi Aviçay Adrey çıxış edib. Açıqlamada hava reydinin Qəzzadan İsrailə atılan və yaşayış məntəqəsinin yaxınlığına düşən raketə cavab olaraq keçirildiyi bildirilir. 

Qəzzadan buraxılan raketin məsuliyyətini heç bir təşkilat öz üzərinə götürməyib.


Oxunma sayı: 540

Oxşar yazılar