Üç ölkə ilə gömrük yoxlamaları sadələşdirilə bilər

  • 10:15 - 22 Avqust

Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir. 

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür. 

Layihə tətbiq olunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istiqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.


Oxunma sayı: 4423

Oxşar yazılar