Babək prospektini su basdı

  • 21 Avq - 2019

Bakıda Nizami rayonunun Babək prospekti hissəsindən keçən içməli su borusu partlayıb. 

Yüksək təzyiqə dözməyən borunun partlaması nəticəsində su Babək prospektində yolu basıb. 

Hazırda borudan axan su ətraf ərazilərə yayılmaqdadır.

APA


Oxunma sayı: 573

Oxşar yazılar