ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır

  • 19:43 - 21 Avqust

ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satacaq. 

 İqtisadiyyat Nazirliyinin bununla əlaqədar Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidmətinin satın alınmasına dair elan etdiyi tenderin nəticəsi açıqlanıb. 

Tenderin qalibi "OMNİ" Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. 

Bağlanmış müqaviləyə əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidməti üçün "OMNİ" QSC-nə 265 min manat ödəyəcək.

APA


Oxunma sayı: 6700

Oxşar yazılar