Peşə məktəblərinə sənəd qəbulunun nəticələri açıqlandı

  • 21 Avq - 2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb. 

Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. 

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. 

Report


Oxunma sayı: 650

Oxşar yazılar