Keçmiş məhkumlar yenidən cinayət törətdi

  • 18:16 - 21 Avqust

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisində Ağdaş rayon sakini Ə.Xəlilova məxsus “Daewoo” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3 ədəd qol saatı, 250 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunanlar Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıb. 


Oxunma sayı: 5006

Oxşar yazılar