Rusiya təyyarələri İdlibdə xəstəxananı bombaladı

  • 21 Avq - 2019

Əsəd rejimi və Rusiyaya məxsus hərbi təyyarələr İdlib vilayətində atəşkəs zonası çərçivəsində yerləşən obyektlərə hava zərbəsi endirib.

Avropa.info xəbər verir ki, rejim və dəstəkçiləri İdlibin Maaretinuman və Serakib rayonuna, Təmaniyə mahalına, Bəşiriyyə, Tuh, Tel-Mennis və Maarşimarin kəndlərinə , Hama vilayətinin Morik rayonunun ətrafına zərbələr endirib.

“Ağ bretlilər”in verdiyi məlumata görə, hücum zamanı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Rusiya təyyarələrinin vurduğu Tel-Mennisdə yerləşən Rəhmət xəstəxanası yararsız hala düşüb. 


Oxunma sayı: 1046

Oxşar yazılar