İsrail İranın hərbi obyektlərinin Moskvanın razılığı ilə vurur - Sensasiyalı iddia

  • 21 Avq - 2019

İsrail İranın İraqda yerləşən silah və raket anbarlarına Vaşinqton və Moskvadan aldığı razılıqla zərbələr endirib.

Avropa.info xəbər verir ki, bu sensasiyalı iddia ilə Qərb mənbələrinə istinadən Londonda dərc olunan Səudiyyə Ərəbistanın “Şarkul Avsat” qəzeti çıxış edib. 

Qəzetin yazdığına görə, İsrail İraqda İran yönlü “Haşdi Şabi”yə məxsus hərbi bazalara qarşı həyata keçirdiyi hücum barəsində Rusiyadan və ABŞ-dan aldığı rəsmi razılığı açıqlamamağa söz verib.

Qeyd edək ki, dünən ard-arda partlayışların baş verdiyi “Haşdi Şabi” qərargahı İraqın Səlahəddin vilayətində yerləşən ən böyük hərbi aviabazası Bələd hərbi bazası yaxınlığında yerləşir. 

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu dünən Ukrayna paytaxtı Kiyevdə verdiyi açıqlamada İraqda yerləşən İran hərbi obyektlərini İsrail tərəfindən vurulmasına işarə vurmuşdu.


Oxunma sayı: 683

Oxşar yazılar