“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən etiraf

  • 16:01 - 21 Avqust

Azərbaycanla Ermənistan Qazax rayonu istiqamətindəki təmas xəttində baş verənlər ictimiayyətin diqqətini cəlb etməkdə davam edir.

Modern.az xəbər verir ki, Ermənistan tərəfi də təkziblərdən sonra Azərbaycan Sərhəd Xidmətinin 3 ölkənin sərhədində yerləşən və hündürlüyü 700 metrə açatan stateji Babakər zirvəsində möhkəmləndiyini etiraf edib. Bunu “Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Ovannisyan deyib.

“Azərbaycan öz mövqelərini Babakər zirvəsi istiqamətində 500-600 metr irəli çəkib. Paralel olaraq, sərhədyanı Çinari kəndində də sərhəd dəyişikliyi qeydə alınıb”.

Ovannisyan Ermənistan tərəfinin də təmas xəttində irəliləmək cəhdləri etdiyini lakin bunun nəticəsində tərəfləri ayıran neytral zonanın azaldığını açıqlayıb. Onun fikrincə, ermənilərin neytral ərazinin uzunluğunu azaltması cəbhədə əlavə gərginlik yaradacaq.


Oxunma sayı: 4731

Oxşar yazılar