Kılıcdaroğlu, İmamoğlu və Demirtaşın xanımları görüşdü - Ad günü olan PKK-lı Demirtaş üçün tort kəsildi (Video, Foto)

  • 15:10 - 21 Avqust

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlunun həyat yoldaşı Selvi Kılıçdaroğlu və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu, Ədirnə həbsxanasında məhbus olan PKK terror təşkilatının siyasi qolu  HDP-nin lideri Səlahəddin Demirtaşın həyat yoldaşı Başak Demirtaşla görüşüblər. Görüşdə Demirtaşın bacısı da iştirak edib.

Avropa.info xəbər verir ki, siyasətçilərin xanımları ad günü olan Səlahəddin Demirtaş üçün tort kəsiblər. 

Yığıncağa ev sahibliyi edən Selvi Kılıçdaroğlu, "Mən bir insan olaraq Səlahəddin bəyi sevirəm, heç vaxt onunla üz-üzə gəlməmişəm, amma ürəyimizi daim onun yanında olduğunu bilin" deyib.  

Qeyd edək ki, Səlahəddin Demirtaş PKK terror təşkilatına dəstək ittihamları ilə həbsdədir. 

Image result for Kılıçdaroğlu ve İmamoğlu'nun eşleri Başak Demirtaş'la buluştu
Image result for Kılıçdaroğlu ve İmamoğlu'nun eşleri Başak Demirtaş'la buluştu

3gY31mwpeDE

Oxunma sayı: 17095

Oxşar yazılar