Gül, Davudoğlu və Əli Babacan AKP-nin yubiley tədbirinə dəvət olunmadı – Səbəb

  • 21 Avq - 2019

Hakim AKP partiyasının ilk sədri və Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu və partiya yarandığı gündən istefa verənədək qurulan bütün kabinetlərdə təmsil olunan Əli Babacan AKP-nin qurulmasının 18-ci ildönümü ilə bağlı tədbirə dəvət olunmayıb.

Avropa.info xəbər verir ki, adı çəkilən şəxslərin tədbirə dəvət olunmamasına AKP sədrinin müavini Mahir Ünal münasibət bildirib:

“Özlərini ailədən biri kimi görməyənləri dəvət etməyimizi gözləməsinlər”.

Xatırladaq ki, Əli Babacan keçən ay qurucusu olduğu partiyadan istefa verdiyi açıqlama vermişdi. Sabiq baş nazir Davudoğlu hələ də AKP üzvüdür.


Oxunma sayı: 705

Oxşar yazılar