Nazarbayev bəstələdiyi mahnıya klip çəkdirdi - Video

  • 21 Avq - 2019

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin mətbuat xidməti onun bəstələdiyi mahnıya çəkilən klipi yayımlayıb.

Avropa.info xəbər verir ki, klipdə Nazarbayevin uşaqlığını keçirdiyi Qazaxıstan təbiətinin heç nə ilə müqayisə olunmayacağı ilə bağlı sözləri səsləndirilib.

Nazarbayev klipdə dağların fonunda nəvələri ilə görüntülənib.

Qazaxıstan mətbuatının yazdığına görə, mahnının sözləri Nazarbayev tərəfindən yazılıb. Klipin ilk dəqiqələrində Nazarbayev mahnını özü oxusa da, professional müğənni ona vokallıq edib.


Oxunma sayı: 419

Oxşar yazılar