İşlədiyi avtoservisdən “Niva” oğurladı

  • 12:19 - 21 Avqust

Avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib. 

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.


Oxunma sayı: 6898

Oxşar yazılar