“Nüvə silahından ABŞ-ın sanksiyaları üzündən imtina etdik” – Ukraynanın ilk prezidenti

  • 21 Avq - 2019

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk “24-cü kanal”a müsahibəsində ölkəsinin nüvə silahından imtina etməsinin səbəbini açıqlayıb.

Avropa.info xəbər verir ki, o, bu qərarı Vaşinqtonun təzyiqi altında verdiyini bildirib. 

“Bizi seçim qarşısında qoydular. Ya nüvə silahından imtina edirik, ya da iqtisadi təzyiqlərlə üzləşirik, o cümlədən sanksiyalar tətbiq olunacaq” – müstəqil Ukraynanın ilk prezidenti belə deyib.

“O zaman Ukrayna nüvə silahına görə dünyadan üçüncü qüdrətli dövlət idi. Kravçukun sözlərinə görə, 165 ədəd ballistik raket ABŞ-a yönəlmişdi. İdarəetmə Moskvanın əlində idi, raketlər isə bizdə” – o, belə deyib.

Kravçuk kiminsə düyməyə basıb raketi ABŞ-dakı hədəfə buraxacağına dair təhlükənin olduğunu bildirmişdi.

O, nüvə silahından iqtisadi prioritetlərə görə də imtina edildiyini bildirib. Ukrayna müdafiə sənayesinin tələblərini ödəmək üçün on milyardlarla dollar pulu tapa bilmirdi. 

Qeyd edək ki, Ukrayna nüvə silahından 1994-cü ildə Budapeşt sazişini imzalayaraq imtina etmişdi. İmzalanan sənədin altında üç dövlət: Rusiya, ABŞ, Böyük Britaniya imzasını qoymuşdu.


Oxunma sayı: 727

Oxşar yazılar