Yüksək Texnologiyalar Parkına yeni direktor təyin edildi

  • 21 Avq - 2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru vəzifəsinə təyinat olub.

AMEA-dan Avropa.info -ya verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin müvafiq sərəncamı ilə YT Parkın direktoru vəzifəsinə geologiya-mineralogiya elmləri namizədi Samir Məmmədov təyin edilib.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl YT Parkın infrastruktur üzrə direktor müavini vəzifəsində çalışıb.


Oxunma sayı: 584

Oxşar yazılar