Tramp Danimarkaya səfərini ləğv etdi – Qrenlandiyanı ona satmadıqlarına görə

  • 21 Avq - 2019

ABŞ prezidenti Donald Tramp Danimarkaya olan dövlət səfərini ləğv edib.

Avropa.info xəbər verir ki, o, səfərinin ləğvini Danimarka baş naziri Mette Frederiksenin Qrenlandiyanın satışı məsələsini müzakirə etmək istəməməsi ilə izah edib.

“Danimarka həqiqətən möcüzəvi insanları olan gözəl ölkədir. Lakin zamanı baş nazir Mette Frederiksenin Qrenlandiyanın satın alınması məsələsini müzakirə etmək istəməməsi iki həftə sonra planlanan görüşümüzü başqa vaxta qədər təxirə salıb” – Tramp “Twitter” səhifəsində yazıb.

O, Frederiksenə düzgünlüyünə görə təşəkkür edib və səfərə xərclənəcək xeyli sayda xərcə qənaət etdiyinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Tramp və arvadı Melaniya Danimarkaya kraliça II Marqaritanın dəvəti əsasında səfər edəcəkdilər. 

Bir neçə gün əvvəl Trampın Qrenlandiyanı satın alması ilə bağlı ortaya çıxan xəbər danimarkalı siyasətçilərin qəzəbinə səbəb olmuşdu.


Oxunma sayı: 661

Oxşar yazılar