Siyəzəndə ağır qəza: 8 nəfər yaralandı

  • 10:13 - 21 Avqust

Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Siyəzən Rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə 8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıb.

Yaralılardan 6 nəfərin xəsarəti yüngül olduğundan ilk tibbi yardım göstərildikdən sonra evə buraxəlıb. VAZ 2107-nin sürücüsü Mirnağı Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 4335

Oxşar yazılar