Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi – Fotolar (Yenilənib)

  • 09:53 - 21 Avqust

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Avropa.info "Report”a istinadən xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

 

 

 

 

***

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başa çatıb.

Avropa.info xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindən götürülən cənazə rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılıb.

Rəsmi vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayıb. Mərasimdə Müdafiə Nazirliyinin rəhbər heyəti, dövlət rəsmiləri və pilotun ailə üzvləri iştirak ediblər.

Hazırda pilotun nəşi dəfn olunması üçün II Fəxri Xiyabana aparılır.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb.

***

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

 

 

 

 


Oxunma sayı: 9747

Oxşar yazılar