Qubada baş vermiş meşə yanğınları söndürülüb

  • 20 Avq - 2019

Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları yanğının qarşısını alıb.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötükləri yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​


Oxunma sayı: 474

Oxşar yazılar