Milyarder Maqomedov qardaşlarına yeni ittiham və..

  • 21:33 - 20 Avqust

Rusiya Daxili İşlər Nazirliyi dağıstanlı Maqomedov  qardaşlarının cinayət işi üzrə dəymiş ziyanın 11 milyard rubl olduğu qənaətinə gəlib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, “Summa” qrupunun rəhbəri Ziyavuddin Maqomedova və onun qardaşına dələduzluq maddəsinin iki bəndi üzrə ittiham irəli sürülüb. Daha doğrusu, onlara elan olunan ittihamlara daha iki epizod da əlavə edilib.

"İş üzrə maddi ziyan indi 2,5 milyard rublun yerinə 11 milyard rubldan yuxarı təşkil edir. Əgər daha əvvəl qardaşlar dələduzluğun yeddi bəndi ilə təqsirli bilinirdilərsə, hazırda doqquz bəndi ilə ittiham olunurlar. Həmçinin, qardaşlar mütəşəkkil cinayətkar qruplaşmanın təşkilində də ittiham olunurlar” —hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

Daxili İşlər Nazirliyinin İstintaq departamenti bu günlərdə istintaqın tamamlanacağını qardaşlara elan edəcək. Bundan sonra təqsirləndirilənlər və onların müdafiəçiləri cinayət işinin materialları ilə tanış olacaqlar. Cinayət işi 1000 cilddən ibarətdir.

Qeyd edək ki, Məhəmmədov qardaşları və "İnteks” şirkətinin sabiq başçısı Artur Maksidov ötən ilin mart ayında Tver məhkəməsi tərəfindən həbs olunublar. Müstəntiq onların mütəşəkkil cinayətkar qruplaşmanın təşkilində, küllü miqdarda mənimsəmə və dələduzluqda təqsirləndirildiklərini bildirmişdi.


Oxunma sayı: 5369

Oxşar yazılar