İtaliyanın baş naziri Cuzeppe Konte istefa verib

  • 20 Avq - 2019

İtaliyanın baş naziri Cuzeppe Konte istefa verdiyini açıqlayıb.

İtaliya baş naziri Senatda çıxışı zamanı bu gün istefa məktubunu prezidentə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, avqustun 8-də "5 Ulduz Hərəkatı"və "Birlik" partiyalarından təşkil olunan iqtidar koalisiyası mövcudluğunu dayandırıb. Bunun səbəbi isə "Birlik" partiyasının lideri və baş nazirin müavini Matteo Salvini ilə digər partiya arasında narazılıq və onun erkən seçki tələbi ilə bağlıdır.

Xatırladaq ki, İtaliyada koalisiya hökuməti 14 aydır qurulub. 

 

 

apa


Oxunma sayı: 881

Oxşar yazılar