Mayk Pompeo İŞİD-in İraq və Suriyanın bəzi hissələrində daha da gücləndiyini etiraf edib

  • 20 Avq - 2019

ABŞ dövlət departamentinin katibi Mayk Pompeo İŞİD-in İraq və Suriyanın bəzi hissələrində daha da gücləndiyini etiraf edib.

Bu barədə ABŞ dövlət katibi "CBS" kanalına müsahibəsində danışıb.

Ümumilikdə İŞİD-in hücum qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığını vurğulayan M.Pompeo terrorçu qrupun bəzi ərazilərdə daha da gücləndiyini əlavə edib: "Bu, mürəkkəb məsələdir. Müəyyən yerlər var ki, bu gün İŞİD orada üç-dörd il əvvəl olduğundan daha güclüdür".   

İŞİD-lə mübarizəyə 80 ölkənin qoşulduğunu əlavə edən ABŞ dövlət katibi bu mübarizəni uğurlu hesab etdiyini, lakin bununla belə "əl-Qaidə" və İŞİD də daxil olmaqla radikal terrorçu qruplarının yenidən güclənmə riskinin olduğunu vurğulayıb.


Oxunma sayı: 485

Oxşar yazılar