Türkiyə və Ukrayna yeni nəsil hücum PUA-ı istehsal edəcək

  • 20 Avq - 2019

Ukrayna dövlət silah ticarət şirkəti “Ukrspecexport” və Türkiyənin “Baykar” müdafiə şirkəti yeni nəsil PUA “Akıncı” layihəsini həyata keçirəcək.

Avropa.info xəbər verir ki, layihənin həm Türkiyə, həm Ukrayna ordusu şərtlərinə uyğunlaşdırılması planlanır.

Birgə layihə çərçivəsində hazırlanan “Akıncı”nın əsas xüsusiyyəti təyyarələrdə istifadə olunan silahlarla yüksək həssaslığa malik hücumlar təşkil edə bilməsidir. Yeni ağır İHA tipinə daxil təyyarədə 12 km yüksəkliyə qalxma imkanı verən iki motor var. 

PUA-nın qanadlarının ümumi uzunluğu 20 metrdir. Qanadları sayəsində bir tondan artıq ağırlıqda silahlar daşıya biləcək və havada 1 gündən çox qala biləcək.

PUA-nın inventarı arasında tuşlanan raketlər, adi və yüksək həssaslığa malik bombalar yer alır. 


Oxunma sayı: 496

Oxşar yazılar