“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması

  • 16:16 - 20 Avqust

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu El Salvador xarici işlər naziri Aleksandra Hill ilə birgə keçirdiyi mətbuat konfransında Suriya ordusunun İdlib vilayətində keçirdiyi əməliyyatlara münasibət bildirib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu bölgənin rejim qüvvələrinin nəzarətinə keçmə ehtimalında Türkiyənin buradan hərbçilərini çıxarması ilə bağlı suala cavabında Türkiyənin çıxmaq niyyətin olmadığını bildirib.

Çavuşoğlu Türkiyə prezidenti Ərdoğanın Rusiya prezidenti Putinlə bu məsələni müzakirə etdiyini bildirib.

“Nəzarət məntəqələri Rusiya və İranla Astana danışıqları çərçivəsindən qurulub. Bunların burada nəzarət postları var. Hazırda başqa yerə köçürmək kimi niyyətimiz yoxdur. İdlibdə atəşkəsin təmini üçün Rusiya ilə mütəmadi  danışıqlar aparırıq.

Əsasən İdlib Suriyanın gələcəyi baxımından kritik mövzudur. Xüsusilə Astana danışıqları, hər an quruluşunu açıqlaya biləcəyimiz konstitusiya komissiyası, əsirlərin dəyişdirilməsi kimi müxalifət ilə rejim arasında etibar artıran addımların atılması kimi məsələlər Suriya üçün vacib əhəmiyyətə malikdir. Burada atəşkəsi təmin etməyimiz lazımdır. Rejim həll yoluna inanmadığı üçün hərbi həll yolunu müdafiə etməyə başlayıb. Rejimin təminatçısı Rusiyadır. 

Oradan hücumlar gəlir açıqlaması inandırıcı deyil. Rejimin odla oynamaması lazımdır, hərbçilərimizin təhlükəsizliyi üçün nə lazımdırsa, edərik. Amma işin o nöqtəyə gəlməsini arzulamarıq. Bir an əvvəl siyasi prosesə yönəlməyimiz lazımdır. Zatən sentyabr ayında üçtərəfli sammit baş tutacaq” – Çavuşoğlu belə deyib.

Çavuşoğlu ABŞ ilə Fəratın şərqi ilə bağlı aparılan təhlükəsizlik danışıqlarının müsbət şəkildə başladığını, bəzi məsələlərdə razılığa gəlindiyini, razılıq əldə olunmayan məsələlərlə bağlı danışıqların davam etdiyini bildirib:

“Amerikanın ikinci Mənbic prosesini başlatmasına icazə verməyəcəyik. Bir tərəfdən Türkiyənin başını qatmasına, digər tərəfdən terror təşkilatlarına silah verməsinə tolerant qala bilmərik. PKK və YPG məsələsində qırmızı xəttimiz var, amma hər kəs digər ölkələrlə və ya biz sevsək də, sevməsək də digər rejimlərlə münasibətdə ola bilər. Bizim vəzifəmiz də mənfilikləri üstünlüyə çevirməkdir”.


Oxunma sayı: 4907

Oxşar yazılar