Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər – Yenilik

  • 15:32 - 20 Avqust

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet"lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən Avropa.info-ya verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, "unikal kod" da verilir. Arayışda göstərilən "unikal kod" vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən "unikal kod"u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx

Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.


Oxunma sayı: 4819

Oxşar yazılar