Adnan Oktarın gizli keçidi – "Kedicik"ləri ilə polisdən qaçdığı gizli keçidin görüntüləri yayıldı (Fotolar)

  • 20 Avq - 2019

Türkiyə İstanbul şəhər Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi keçən ilin 11 iyulunda Adnan Oktar cinayət şəbəkəsinə qarşı səhər 6:00 radələrində əməliyyat keçirmişdi.

Avropa.info xəbər verir ki, əməliyyatı Kandilli rayonundakı villasında quraşdırdığı kameralar ilə daha əvvəldən öyrənən Adnan Oktar villasındakı gizli keçiddən keçərək polisdən qaça bilmişdi. Polisin apardığı əməliyyat nəticəsində Oktar təşkilatın iki nömrəli şəxsi Didəm Ürer ilə birgə ələ keçirilmişdi. Saxlanılan şəxslərin üzərindən xeyli sayda valyuta çıxmışdı.

Sabah Özəl Kəşfiyyat Şöbəsi Adnan Oktar və Didəm Ürerin Kandillidəki villasından qaçış anını əks etdirən video görüntüləri əldə edə bilib. Görüntülərdə Kandillidəki villadan aşağı yola enən gizli keçidin olduğu görünür. Əməliyyat anından dəqiqələr öncə Adnan Oktar və Didim Ürer bu gizli çıxış yolu ilə əsas yola enirlər. Şəbəkə üzvü başqa qadınların da bu yoldan istifadə etdikləri məlum olub.

Polis basqınından qaçan Oktarın saat 05:22-də qaçdığı yerdə saxladığı lüks avtomobilinə mindiyi, buranı sürətlə tərk etdiyi görünür. Oktarın qaçış anında gərgin və bikef olduğu görünür. Kamera görüntülərində “kedicik” təxəllüsü ilə tanınan qadınların çantaları diqqət çəkir.

Oktarın televiziya kanalı A9-da iştirak etdiyi proqramlarda üzlərindəki makiyaj və paltarlardan əsər-əlamət qalmayan şəbəkə üzvü qadınların gizli yollarla qaçdıqları əsnada idman geyimləri geydikləri görünür. Qaçış üçün hazırlıq gördükləri məlum olan şəbəkə üzvləri əllərindəki çamadanlarla villanı sürətlə tərk edirlər.

Aparılan əməliyyatdan sonra bu gizli yolun detalları ortaya çıxmışdı. İddialara görə, Adnan Oktar polis basqınlarına qarşı Üsküdardakı villasında və Kandillidəki villasında bir avtomobil, sahildə isə qayıq saxlayırdı. Oktar heç kimin hələ minmədiyi və heç kimi xəbərinin olmadığını zənn etdiyi avtomobillə Sarıyerə gedərkən Maslakda ələ keçirildi. Qaçış anı üçün pul dolu iki çanta saxlanılırmış. Oktar ələ keçiriləndə yanında 40 min dollar və bir çanta dolu valyuta ələ keçirilmişdi.

Qeyd edək ki, Adnan Oktar cinayət şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində aralarında Adnan Oktarın da olduğu 187 şübhəli şəxs həbs ələ keçirilmiş, 167 şəxs haqda həbs-qətimkan tədbiri seçilmişdi. Şəbəkə üzvü 226 nəfər barəsində hazırlanan 4000 səhifəlik iddianamə İstanbul 30-cu Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmişdi.


Oxunma sayı: 4456

Oxşar yazılar