Şabranda yaşayış binasında yanğın: zəhərlənənlər var – Yenilənib

  • 13:59 - 20 Avqust

Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, digər 5 xəstə ambulator müalicə üçün evə buraxılıblar.  Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

***

Şabranda baş verən yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Həyatları üçün təhlükə yoxdur.

***

Şabran şəhərində əlillərin binasında yanğın başlayıb.

Bu barədə Avropa.info-ya şəhər sakinləri məlumat veriblər.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Sakinlər yanğın baş verən binadan təxliyyə edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.


Oxunma sayı: 3928

Oxşar yazılar