“Türkiyəni bələdiyyələr vasitəsilə terrorun mərkəzi halına gətirmək istəyirlər” – Süleyman Soylu

  • 20 Avq - 2019

Türkiyə daxili işlər naziri Süleyman Soylu vəzifəsindən uzaqlaşdırılaraq yerlərinə qəyyum təyin edilən Diyarbəkir, Mardin və Van şəhər bələdiyyə sədrləri barədə açıqlama verib.

Avropa.info xəbər verir ki, Soylu “Türkiyəni bələdiyyələr vasitəsilə terrorun mərkəzi halına gətirmək istəyirlər” açıqlaması verib.

“Hüququn və demokratiyanın ən əsas vəzifəsi millətin verdiyi təmiz səsləri terrorun istismarına verməməkdir. Demokratiya və seçimi terrorun müdafiəsi kimi göstərmək istəyənlər əlbəttə ki, böyük səhvə yol verirlər. Bizim terrora dözümlülük göstərəcəyimizi gözləyənlər yanılırlar. Terror və terrorizmi xüsusilə xalqın halal səsləri ilə bələdiyyələrdə mərkəz halına gətirməyə çalışanlara qarşı dövlətin, qanunların, hüququn və konstitusiyanın səssiz qalmasını gözləmək son dərəcə səhvdir. Türkiyəni bələdiyyələr vasitəsilə terrorun mərkəzi halına gətirməyə çalışırlar. Buna qanunlar, konstitusiya, bələdiyyə qanunları cavab verdi: “Bir daha bunun təkrarlamayın” dedi. Fəqət həm demokratiya, həm hüquqa ziyan vurmaq istəyənlər sözün tam mənası ilə dövlətə meydan oxuyur, demokratiyamızı istismar edirlər, millətin halal səslərinə ləkə yaxırlar”.

Qeyd edək ki, Türkiyə DİN üç bələdiyyə sədrinin barəsində açılan cinayət işlərini maddələr şəklində paylaşmışdı.


Oxunma sayı: 474

Oxşar yazılar