Bakıda metroda gərginlik: "Sahil" stansiyasında işıqlar söndü

  • 12:59 - 20 Avqust

Bakıda metroda problem yaranıb.

Avropa.info xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib.

Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.

B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.


Oxunma sayı: 5996

Oxşar yazılar