“Qrenlandiyaya bunu etməyəcəyimə söz verirəm” – Tramp danimarkalıları ələ saldı

  • 20 Avq - 2019

ABŞ prezidenti Donald Tramp Danimarkanın muxtar vilayəti olan Qrenlandiyanı satın almaq xəbərinə bu dəfə yumorla yanaşıb.

Avropa.info xəbər verir ki, “Tvitter” səhifəsində sahibi olduğu “Trump Tower” binasının fotoşoplandığı fotonu paylaşaraq “Qrenlandiyaya bunu etməyəcəyimə dair söz verirəm” başlığı yazıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl Trampın Danimarkaya məxsus Qrenlandiya adasını almaqla bağlı “The Wall Street Journal” qəzetinin yazdığı xəbərə ABŞ prezidenti “Strateji tərəfdən maraqlıdır” münasibətini bildirmişdi.

Danimarka baş naziri Mette Frederiksen isə xəbərə etiraz edərək, Trampın istəyini absurd adlandırmışdı.


Oxunma sayı: 727

Oxşar yazılar