Əməkdar jurnalistin qardaşının evini qarət etdilər – Fotolar

  • 12:06 - 20 Avqust

Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.

Avropa.info xəbər verir ki, E.Dərziyeva "Facebook" hesabında hadisə ilə bağlı foto və məlumatlar paylaşıb.  

Jurnalist bildirib ki, Binəqədi rayonundakı evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər günorta saatlarında Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə basqın edərək, qızıl-zinət əşyalarını oğurlayıblar.

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Ekspertlər əl izlərini götürüblər.

Elnarə Dərziyeva qeyd edib ki, qardaşının evi iki il öncə də qarət olunub.

 

 

 


Oxunma sayı: 5974

Oxşar yazılar