Ərəb koalisiyası husilərə qarşı əməliyyata başladı – Paytaxt Sana bombalanır

  • 20 Avq - 2019

Ərəb koalisiyası qüvvələri husilərin əlində olan paytaxt Sana şəhərindəki hərbi obyektlərə qarşı əməliyyata başlayıblar.

Avropa.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Əl-“İbariyyə” telekanalı məlumat yayıb. Əhaliyə zərbə endiriləcək hərbi obyektlərə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. 

Sanadakı yerli mənbələrin verdiyi məlumata görə, koalisiyaya məxsus təyyarələr dünən gecə saatlarında Sananın cənubunda yerləşəm Cəbəl Attan və Cəbəl Əsvəddəki hərbi obyektlərə qarşı hücum təşkil olunub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2015-ci ilin martından bu yana Yəməndə hərbi əməliyyatlar aparır.


Oxunma sayı: 562

Oxşar yazılar