Azərbaycanlı Rusiyadan Bakıya 1,7 milyon pul gətirmək istədi - İcazə vermədilər

  • 11:35 - 20 Avqust

Rusiya gömrükçüləri külli miqdarda pulun qaçaqmalçılıq yolu ilə Ural paytaxtından çıxarılmasının qarşısını alıblar.

Yekaterinburq-Bakı aviareysi yoxlanılarkən, bir Azərbaycan vətəndaşının çamadanında təxminən 1,7 milyon rubl (25,6 min dollar) aşkarlanıb.

Sərnişinin özünün dediyinə görə, pulun deklarasiyada bəyan edilməsinin lazım olduğunu bilməyib. Nəticədə 10 min dollara ekvivalent məbləğ ona qaytarılıb, qalanı isə saxlanca qoyulub.

Ural Gömrük İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, kişiyə qarşı inzibati iş açılıb. Onu müsadirə edilmiş məbləğin 50%-dən 2 mislinə qədər cərimə gözləyir. 

"Qanuna görə, 10 min dollardan yuxarı məbləğlə "qırmızı" dəhlizə getmək lazımdır. Nağd pulun rəsmən bəyan edilməsi üçün heç bir rüsum tutulmur. Ancaq böyük məbləğdə pulun yerdəyişməsi barədə məlumat vermək vacibdir",- deyə Koltsovo (sərnişin) Hava Limanı gömrük postu rəisinin müavini Sergey Borovik izah edib.

Virtualaz.org


Oxunma sayı: 5094

Oxşar yazılar