Tikinti materiallarının qiyməti bahalaşıb

  • 11:29 - 20 Avqust

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 7,8% artaraq 460,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsininverdiyi məlumata görə, tikinti kərpicinin istehsalı 58,3%, tikinti əhənginin istehsalı 54,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 14,4%, sementin istehsalı 0,5% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 51,9%, tikinti gipsinin istehsalı 82,2% azalıb.

Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı
 

Məhsul növləri2019-cu ilin yanvar-iyul aylarında istehsal olunubƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə01.08.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı
Sement, min ton1 928,0100,563,6
Tikinti gipsi, min ton5,817,82,1
          ondan əmtəəlik5,775,22,1
Tikinti əhəngi, min ton26,3154,71,9
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton63,7126,543,6
Betondan yığma tikinti konstruksiyaları, min kub metr25,148,15,5
Asfalt, min ton165,3148,8  -
Tikinti kərpici, min kub metr246,9158,316,4
Hörmə üçün hazır beton qarışığı, min ton945,6114,4  -
Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar,  ton20 312,1145,2352,0

APA


Oxunma sayı: 6799

Oxşar yazılar