BMT baş katibi avqustun 20-də Pompeo ilə görüşəcək

  • 23:28 - 19 Avqust

BMT baş katibi Antonio Quterreş ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək. 

Bu barədə bazar ertəsi baş katibin sözçüsü Stefan Dujarriç BMT-nin rəsmi saytında açıqlama yayıb.

"BMT-nin baş katibinin sabah ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcəyi planlaşdırılır. Görüş Dövlət Departamentinin tələbi ilə keçirilir. Dövlət katibi ilə birbaşa dialoq etmək fürsətinə sahib olduğumuz üçün çox şadıq", - deyə Stefan Dujarriç vurğulayıb.

 

O, BMT və ABŞ-ın bir çox məsələnin görüşdə müzakirə olunacağını deyib. 

Görüşün avqustun 20-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə əlaqədar keçiriləcək yüksək səviyyəli iclası çərçivəsində baş tutacağı bildirilib.
 


Oxunma sayı: 4973

Oxşar yazılar