Əsəd ordusu Türkiyə hərbi karvanını vurdu – 3 türk hərbçisi həlak oldu

  • 20:53 - 19 Avqust

Suriya Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətindən Türkiyə ordusuna məxsus hərbi karvana zərbə endirib. Bu barədə "Əl-Masdar News" məlumat yayıb.

Nəşrin yazdığına görə, mərmi Türkiyəyə məxsus döyüş maşınlarının yaxınlığında partlayıb, 3 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisə yerindən yayımlanan videodan görünür ki, zərbədən sonra texnika hərəkətinə davam edir.

TASS-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hərbi kolon Xan Şeyxun şəhəri yaxınlığında yerləşən məntəqəni gücləndirmək üçün həmin əraziyə göndərilib.

Qeyd edək ki, hələ avqustun əvvəlində Türkiyə Müdafiə Nazirliyi rusiyalı həmkarlarına prezident Bəşər Əsədin nəzarətində olan Suriya Ərəb ordusunun “əxlaqdan kənar və amansız" hücumları barədə xəbərdarlıq etmişdi. Agentliyin məlumatına görə, Suriya ordusunun dekalasiya zonasında davam edən hücumları nəticəsində iyun ayından bəri 400-dən çox mülki şəxs həyatını itirib.


Oxunma sayı: 5710

Oxşar yazılar