Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

  • 18:42 - 19 Avqust

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 12,5% çoxdur.

Son nəticədə büdcədə 667,2 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-iyun aylarının yekunu ilə müqayisədə 121,7 milyon manat çoxdur.


Oxunma sayı: 14499

Oxşar yazılar