Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

  • 14:42 - 19 Avqust

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən hərəkət məhdudlaşdırılacaq.

Avropa.info bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, tikinti işləri 1 həftə davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik həm də yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyib.


Oxunma sayı: 8141

Oxşar yazılar