Polisə zəng edib “iş yerlərinə silahlı hücum olacaq” dedi

  • 12:23 - 19 Avqust

Avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb. 

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib. 

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.   

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb. 


Oxunma sayı: 10121

Oxşar yazılar