Əkrəm İmamoğludan qəyyum təyinatına ilk reaksiya : PKK-nın siyasi qolu HDP-yə qalmaqallı dəstək

  • 12:11 - 19 Avqust

İstanbul şəhər bələdiyyə sədri Əkrəm İmamoğlu HDP-nin Diyarbəkir, Van və Mardin vilayətlərinin bələdiyyə sədrləri ilə bağlı açıqlama verib. 

Avropa.info xəbər verir ki, İmamoğlunun “Twitter”də yazdığı açıqlamada deyilir: 

“31 mart bələdiyyə seçkilərində millətin səsləri ilə seçilmiş Diyarbəkir, Van və Mardin şəhər bələdiyyə sədrlərinin vəzifələrindən uzaqlaşdıralaraq yerlərinə qəyyum təyin edilməsi demokratiya və demokratik prinsiplərlə izah oluna bilməz. ”. 

Qeyd edək ki, Diyarbəkir şəhər bələdiyyəsi sədri Adnan Səlcuq Mızraklı, Mardin şəhər bələdiyyə sədri Əhməd Türk və Van şəhər bələdiyyəsi sədri Bedia Özgökçə Ertan terrora dəstək fəaliyyətlərinə görə vəzifəsindən uzaqlaşdırılıb. Onların yerinə Diyarbəkirdə Diyarbəkir valisi Güzəloğlu, Mardində Mardin valisi Yaman, Vanda Van valisi Bilməz təyin olunub. Bələdiyyə binaları polis nəzarətinə götürülüb. 

Türkiyə DİN-nin verdiyi məlumata görə, adı çəkilən şəxslər terror fəaliyyəti üzrə istintaqlar üzündən uzaqlaşdırılıblar. 


Oxunma sayı: 9307

Oxşar yazılar