Heydər Əliyevlə yaxın dost olmuş keçmiş polis rəisi vəfat edib – Mərhumun ailəsi başsağlığı mesajları üçün təşəkkür etdi (Fotolar)

  • 12:07 - 19 Avqust

1988-1994-cu illərdə Qars Polis rəisi vəzifəsində çalışmış və Türkiyənin Azərbaycandakı səfirliyinin ilk polis təmsilçisi olan Osman Gezekerin vəfatından sonra ailəsi Azərbaycandan gələn başsağlığı mesajlarından duyğulanaraq təşəkkür edib.

Haydar Aliyev'in yakın dostu Osman Gezeker'in ailesinden Azerbaycan'a teşekkürler

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osman Gezeker ötən ayın sonlarında müalicə aldığı Ankara xəstəxanasında vəfat edib.

Qeyd edək ki, təqaüddə olan polis məmuru və iş adamı olan Osman Gezeker Türkiyə və Azərbaycan qardaşlığının möhkəmlənməsi üçün ömrünün son anına qədər canla-başla çalışmış bir dövlət adamı idi.

https://www.dikgazete.com/images/upload/Osman_Gezeker_mak.jpg

Gezekerin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyevlə yaxın dostluq əlaqələri vardı.

https://www.dikgazete.com/images/upload/Osman_Gezeker_Haydar_Aliyev.jpeg

Gezeker ailəsi adından bir açıqlama verən Ankara Vəkillər Kollegiyasının tanınmış hüquqşünaslarından olan Özlem Gezeker, bu çətin və kədərli günlərdə dərdlərini bölüşən Azərbaycan xalqına ürəkdən təşəkkür etdiyini bildirib:

https://www.dikgazete.com/images/upload/Osman_Gezeker_Haydar_Aliyev1.jpeg

"Mərhum atam Osman Gezeker mərhum Azərbaycan Prezidenti Heydər Əliyevin xahişi və Süleyman Dəmirəlin təlimatı ilə 1993-cü ilin dekabrında Bakıda vəzifəsinə başladı. Azərbaycanın bu günlərə gəlib çatması, Azərbaycanın o dönəmdə üzləşdiyi sıxıntılı günlərdən qurtara bilməsi üçün rəhmətlik atam ürəyini ortaya qoydu. Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi üçün çalışdı. 

Bu mücadilə müddətində biz övladlarına da yol göstərdi və ilham qaynağı oldu. Mərhum prezident Heydər Əliyevin, "Biz bir millət, iki dövlətik", sözü bizim əsas ideologiyamız oldu.

Atam hər zaman Azərbaycan-Türkiyə qardaşlığı və birliyi üçün illərlə bütün enerjisi və imkanlarını bu müqəddəs dava adına səfərbər etdi. Bakıda Özkaya adına qurulan şirkətin idarəçisi olaraq, bu torpaqlarda iqtisadi baxımdan qazandıqlarını bu torpaqlarda yaşayanlar üçün xərclədi.

https://www.dikgazete.com/images/upload/Osman_Gezeker.jpg

Mərhum atam Azərbaycanda maddi imkanları zəif olub, ondan yardım istəyən bir çox insana da yardım əlini uzatmağa çalışdı. Bunu biz atamın vəfatndan sonra bizimlə telefonla danışan, məktub və mesaj yazıb başsağlığı verən insanların söylədiklərindən anladıq.

Bu vəsiləylə bir daha atamızın elədiklərindən qürur duyduq. Azərbaycandan gələrək atamızın dəfn mərasiminə qatılan dostlarımız belə oldu.

Özlem Gezeker atasının xatirələrini də xatırladaraq, duyğularını belə paylaşıb:

https://www.dikgazete.com/images/upload/osman_gezeker_Ozlem_Gezeker.jpg

"Rəhmətlik atam hər zaman söyləyərdi: "Azərbaycana xidmət Türkiyəyə xidmətdir. Türkiyəyə xidmət isə dünya və insanlığa xidmətdir. Azərbaycana nə qədər xidmət etsəm, Türkiyəyə də o qədər xidmət etmiş olarıq. Heydər Əliyev ilə tanış olmaq mənim üçün böyük bir şans idi.

Heydər Əliyev 20-ci əsrin önəmli siyasi liderlərindən biri idi. Onun fikirlərini öyrənmək çox önəmliydi. Hər şeyi zamanında və doğru təhlil edən bilən bir lider idi".

Rəhmətlik Heydər Əliyev son nəfəsinə qədər Azərbaycan üçün çalışdı. Atam da bu mücadilədə onun yanında yer aldı. Hər ikisini rəhmətlə və ən dərin şükranlarımızla anırıq".

Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycanın getdikcə daha da inkişaf edib, gücləndiyini vurğulayan Gezeker, bu barədə bunları qeyd edib:

"Bu gün cənab İlham Əliyev Azərbaycan bayrağını daha da yüksəklərə daşımaqdadır. Azərbaycanın hər sahədə əldə etdiyi uğurlar bizi qürurlandırır. 

Atam hər zaman bunu vurğuladı: "Türkiyə və Azərbaycan bir anaının iki övladı kimidir. Azərbaycanın uğuru Türkiyənin uğurudur". 

Bu çətin günlərimizdə bizimlə birlikdə olan Azərbaycan xalqına Gezeker ailəsi adından dərin təşəkkürlərimizi bildiririk. Dostlar sağ olsun!

https://www.dikgazete.com/images/upload/Osman_Gezeker_Haydar_Aliyev_halY.jpeg

Biz də mərhum atamızın Azərbaycan-Türkiyə qardaşlığının da inkişaf etdirilməsi üçün mücadiləsini qaldığı yerdən davam etdirəcəyik. Bunun üçün atam kimi, polis rəisi olan böyük qardaşım və övladlarımızla birlikdə üzərimizə nə düşürsə, etməyə hazırıq".

 


Oxunma sayı: 14279

Oxşar yazılar