Türkiyədə PKK/KCK terror təşkilatına qarşı böyük əməliyyat – HDP-nin üç bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

  • 11:28 - 19 Avqust

Türkiyənin Diyarbəkir, Mardin və Van vilayətləri başda olmaqla 29 vilayətdə PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib. 

Avropa.info xəbər verir ki, Türkiyə DİN-nin yaydığı məlumata görə, 418 nəfər şübhəli PKK/KCK üzvü saxlanılıb, əməliyyat davam edir.

Əməliyyat çərçivəsində HDP-dən seçilmiş Diyarbəkir şəhər bələdiyyə sədri Adnan Səlcuq Mızraklı, Mardin şəhər bələdiyyə sədri Əhməd Türk və Van şəhər bələdiyyə sədri Bedia Özgökçə Ertan vəzifələrindən uzaqlaşdırılıb, yerlərinə qəyyum təyin edilib.

Səhər saat 6:00-da xeyli sayda polis nəfəri bələdiyyə binalarına daxil olub. Bələdiyyə binaları mühasirəyə alınıb. 

Diyarbəkir şəhər bələdiyyə sədri vəzifəsinə Diyabəkir valisi Güzeloğli, Mardinə Mardin valisi Yaman, Vana Van valisi Bilməz qəyyum təyin olunub.

Vəzifəsindən uzaqlaşdırlan bələdiyyə sədrləri terror təşkilatlarına dəstək verməkdə ittiham olunur. 

Xatırladaq ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində Adnan Səlcuq Mızraklı 63%, Əhməd Türk 56%, Bedia Özgökçə Ertan 54% səslə bələdiyyə sədrləri seçilmişdi.


Oxunma sayı: 7426

Oxşar yazılar