Metroda həyəcanlı anlar: Döyülən azyaşlı qız polisə sığındı

  • 19 Avq - 2019

Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.

Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı təsdiqləyib.

Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:

"9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq, evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.

Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır".


Oxunma sayı: 1090

Oxşar yazılar