Keçmiş əri tərəfindən yandırılan qadın xəstəxanada öldü

  • 10:09 - 19 Avqust

Şəmkirin Sarıtəpə kəndində keçmiş həyat yoldaşı tərəfindən yandırılan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı dünyasını dəyişib. 

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bədəninin 70% (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadını həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

“Qadın bu gün səhər saat 06:20-də dünyasını dəyişib. Bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır. Həkimlərin bildirdiyinə görə, həyatı təhlükə altındadır". 

Qeyd edək ki, ötən gün Şəmkirin Sarıtəpə kəndində yerli sakin ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb. Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qadın olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisənin Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov tərəfindən törədilməsi müəyyən edilib. 


Oxunma sayı: 4599

Oxşar yazılar