Aprel döyüşlərinin iştirakçısının toyu oldu – Video

  • 19 Avq - 2019

Aprel döyüşlərində yaralanan Yaşar Ağayevin toyu olub.

Avropa.info "Xəzər xəbər"ə istinadən xəbər verir ki, İsmayıllıda keçirilən toyda Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər. Elza Xaliqova adlı xanımla ailə quran qazi öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib.

Toydan öncə bəy və gəlin Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzərək dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər. Sonra bəy və gəlin şadlıq sarayına daxil olarkən hərbi marşla, Azərbaycanın üçrəngli bayraqları ilə qarşılanıb. Toy mərasimində Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşarın döyüş yoldaşları iştirak ediblər. Toy mərasimndə, həmçinin, rəsmi şəxslər də iştrak ediblər.


Oxunma sayı: 672

Oxşar yazılar