Burcanadze Gürcüstanın MDB-dən çıxmasını “səhv addım” adlandırdı

  • 18 Avq - 2019

Gürcüstan 10 il əvvəl MDB-dən çıxmaqla böyük səhvə yol verdi və bundan heç nə qazanmadı.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze deyib.

“Ölkənin MDB-dən çıxmasında heç bir qazanc görmürəm. Gürcüstan o vaxt qapını çırpıb getdi və bu da siyasi jest idi. Siyasətdə bu cür qərarlar yaxşı heç nə gətirmir. Mənə elə gəlir ki, əksinə, bizi narahat edən bütün problemləri səsləndirmək üçün bu qurumdan maksimum istifadə etmək və MDB liderlərindən dəstək axtarmaq lazım idi. Gürcüstan öz qərarı ilə səhvə yol verdi. Budur, biz Rusiyanın dominant olduğu sahədən çıxdıq”, - Burcanadze vurğulayıb.


Oxunma sayı: 892

Oxşar yazılar