ABŞ-da böyük qarşıdurma yaşana bilər -Tramp narahatdır

  • 17:40 - 18 Avqust

ABŞ hakimiyyəti ANTİFA antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“ANTİFA hərəkatının terror təşkilatı kimi tanınması məsələsinə olduqca ciddi şəkildə baxılır. Portlanddakı durum yaxından izlənilir”, – deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, sözügedən hərəkat üzvlərinin Portlandda neonasist qrupların çıxışlarının qarşısını almaq üçün plan hazırladıqları məlum olub.


Oxunma sayı: 6656

Oxşar yazılar