Qayıq gəzintisində dəhşət: Timsah uşağı ailəsinin yanında diri-diri yedi - VİDEO

  • 15:37 - 18 Avqust

Flippində timsah ailəsi ilə birlikdə qayıq gəzintisində olan 10 yaşlı uşağı parçalayaraq, yeyib. Ata uşağın yalnızca başını və ayaqlarını timsahın ağzından qurtara bilib.

Belə ki, Flippinin Balabac adasında bir ailə göldə qayıqla üzən zaman timsah hücumuna məruz qalıb. Heyvan qayığın önündə oturan 10 yaşlı uşağı qaparaq, suya dartıb və ailəsinin gözü qarşısında onu yeyib.

Bu, heç də ilk belə hadisə deyil...

Flippin polisi uşağın bədəninin qalıqlarının gölün sahilinə yayıldığını bildirib. Flippin əhalisinin artmaqda olması insanların timsahlar olan ərazilərə daha yaxın bölgələrdə məskunlaşmasına səbəb olur.

Polis yetkilisi Jovic Pabello məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, 2015-ci ildən bəri timsahların hücumu daha da intensivləşib. Demək olar ki, hər il bu kimi hücumlar nəticəsində, dəhşətli faciələr yaşanır.

2019-cu ilin fevral ayında yenə də eynilə bu bölgədə bir balıqçı timsahın hücumuna məruz qalaraq, dünyasını dəyişmişdi.


Oxunma sayı: 12508

Oxşar yazılar